22 noyabr ... Suppa gün ))) desəm inanmıyın =)))


Səhər saat 7 telefon-in alarmı Tokio Hotel - Black treki oyandım dedim 1 deqiqə uzanım sonra duraram birdə oyandım ki saat 8-in yarısıdı( saat 8-in yarısı kimyadan hazırlığım varıydı )Tez geyinib qaçdım hazırlığa . Saat 10-un yarısı hazırlıq qutardı
Saat 10 qalıb 15 dəqiqə - 16 nömrəli məktəbin həyəti Araz sınaq imtahanına girimək üçün gözlüyürəm
Saat 10 - İmtahan başladı ... Biraz qaralama etdik
Saat 1-in yarısı - Sınaqdan çıxdım
Saat 1-e qalır 15 dəqiqə maarif tərəflərdə Esmer-le(Çen-le)görüş və ona söz verdiyim Surreal albomunu verdim
Saat 2-nin yarısı - Ako ilə canlı telefon bağlantısı - Addı ki futbol oynayacağıq nə oynamağa yerimiz var nə də topumuz =)))
Saat 2 artıq yola düşməyə hazıram evdən çıxdım növbəti dayanacaq avtovağzal
Avtovazalda standartlarımdan fərqli birşey etmək istədim avtobus yerinə taksiyə oturdum
Saat 3-e qalıb 10 deqiqə artıq 20 yanvardayam metroya girib getdim 28 may-a
Saat 3 Artıq 28 may-dayam və metrodan çıxır Cəfər Cabbarlının heykəlini tapmalıyam
Saat 4-e 5 deqiqə işləyir artıq metronun qabağında boylanıram ki bu heykəl hardadı aha deyəsən tapdım )) Addımlıyıram ora tərəf artıq Ako-nun orda olduğunu bilirdim ona görə baxırdım ki Ako harda ola bilər ) Çox çətin olmadı ) Facebook şəkilləri ve "vid-fasonundan" Akonu görə bildim ))
Saat 4-e işləsə də saat 3-de orda olmalı olan uşaqlar yoxidi )
Saat 4-ün yarısı Yela gəldi elə deyəsən Yela-nı gözdüyürlərmiş bir dəqiqə sonra uzaqdan uşaqlar göründü ... Suza , Çiara , Nəfəs , Wanted , Mulan , və bir qız varıydı adını bilmədim ))
Sonra getdik "AYNURUN məhləsi"-nə =)) bu zarafat deyil doğurdanda o məhlənin adı "Aynurun məhləsi"-ydi
Ako yeri tapmışdı ancaq top-umuz hələ də yox-idi ) getdik Ako-ynan top tapmağa )
Top-da tapıldı qasidlər sağolsun ))
Qayıtdıq yenə Aynurun məhləsinə )
Əvvəl qızdarda oynamaq istədi hamısı girdi oyuna sonra necə girmişdilərsə də helə də çıxdılar )
Və başlandı
Lord Ako - Nəfəs Wanted-a qarşı ))
Oyundan video ola bilər ama şəkil 100% olacaq İnşallah
Nəysə hesabı deyim
Lord Ako 4 - 3 Nəfəs Wanted ))



Sonra getdik Milli Parka - Roller və Skeytbord üzrə Bakı Şəhər Turniri-nə
Saat 6-nın yarısı Çiara və Mulan getmək istədilər sonra Suza sonra filan sonra filan sonra da hamı ))
Saat 6 - sahil stansiyasından mindik metroya və yola düşdük yolda Suza futbol oynadığımız vaxt çəkdikləri videonu göndərməyə çalışdı ama ki bacarmadı bir 20%-in göndərmişdi ki çatdıq 28 maya Wanted Mulan mən burda düşüb keçiddən keçməliydik Wanted əl çəkmədi dedi siz gedin sonra mən gedəcəm )) Bizim metro-nu gözləyərkən Wanted-la Mulan-ın söhbət edəndə Mulanın danışığına fikir verdim ))Bilənlər bilir nə-yi deyirem )) Nəysə Mulan-la mən mindim metro-ya Wanted-da getdi öz metrosuna ))Mulan Inşaatçılar stansiyasında endi mən 20 yanvara getdim

Nəysə uzun sözün qısası saat 7-də çatdım evə
Saat 8 - Yuxu yuxu yuxu gözdən axan son yuxu ) getdim yatdım
Saat 12 tamam - Məni oyandırdılar ki dur keç yerivə keçdim uzandım ama yata bilmədim sevgilimi (komputeri) götürüb baxdım görüm kim var kim yox biraz net-de fırandım )
Saat 1 - Eka - Bu qızı sevirəm )) Eka özünə bir facebook adresi açmışdı məndə ona dostluq təklifi göndərmişdim o da qəbul etmişdi ) İndi gəlib çıxdı və danışmağa başladığımız dəqiqədən özümü nə qədər ağıllı aparmağa - onun mənalı və hərbirində fərqli - fərqli sözlərinin altında qalmamağa çalışsamda ... bacarmırdım ))
Saat 2 - və budur söhbətin gözəl yerində Aztelekom ... İnternet getdi məndə məcbur komputeri söndürüb yatdım

Əla gün idi ancaq həddindən çox yorulmuşdum bügun-də yuxudan saat 1-də durmuşam ( Dərsə getməmişdim yuxunun dərdindən )

0 yorum:

Yorum Gönder