İnsanlar torpaqdan düzəldilmiş çirkin oyuncaqlar ...

Səhər saat 8 tətil qutardı və yenə məktəb ...
Cəmi 20 uşaqdan 12-si gəlmişdi ... saat 11də zəng vuruldu və bizi evə buraxdılar çünki bugün Sumqayıtın 60 illiyi (Sumqayıta şəhər statusu verilməyinin 60 illiyi) idi və məktəbdə ki müəllimlərdə tədbir keçirilən ilk məkana - Heydər Əliyev parkına getməliydilər ora getmişdi hamısı . Məktəbdə bizə axşam saat 5-de İcra hakimiyyətinin qabağında olmağımızı bərk-bərk tapşırdılar ...
Saat 4-de hazırlıqdan çıxdım
Saat 5-ə 15 dəqiqə işləyir evə gəldim
Saat 5-ə 17 dəqiqə işləyir qulağımda qulaqcıq kapşonkanı taxıb çıxdım yola
Saat 5-ə qalır 20 dəqiqə hava soyuqda olsa gəzə-gəzə getmək istədim məktəbdə uşaqlar məktəbdə yığışıb bir yerdə gələcəkdilər məndə həmişə ki kimi onlarla getmək istəmədim
Saat 6 artıq tədbir başlamağa başladı məndə məllimlərə konsertde olduğumu göstərib aradan çıxdım
Saat 7 olardı təxminən tv-de kanal çevirirəm İdman Azərbaycan Çexiya - Azərbaycan oyunu kanalı çevirmək istəyəndə gözüm hesaba ilişir ... gözıərim bərəlir nəticə infakt =) ... Çexiya 0 - 2 Azərbaycan 90.ci dəqiqə oyuna baxmamışam bəlkə də oyunu alıblar ama hərhalda çox sevindim =)
Saat 12ye qeder tv ve Need For Speed Undercover
Saat 12 saat 2-ye kimi Akoyan msnde dərdləşdik

Ehh elə qəribədi ki baxıram keçmiş günlərimə son 2 ildə nə qədər dəyişdim ... Ama ondan da qəribəsi son 3 ayda son 2 ildə dəyişdiyimdən daha çox dəyişdim ...

Beləcə keçirdi günlərim ...

1 yorum:

AKO 22 Kasım 2009 14:09  

dəyişmisən. eybi yox.

əsas ürəkdi =) kef elə)

Yorum Gönder